KÖMƏK MƏRKƏZİ
Tez-tez Verilən Suallar
Axtardığın cavabı tapa bilmirsən? Bizimlə əlaqə saxla.
Ümumi Suallar
5 sual
OlimpDestek, Azərbaycan şagirdlərinin olimpiadalara hazırlaşmasına kömək edən onlayn
platformadır. Burada fənn materialları, sınaq testləri, xəbərlər və icma dəstəyi tapa
bilərsən.
Pulsuz hesab yaradaraq dərhal istifadəyə başlaya bilərsən. Qeydiyyatdan sonra
materiallar, sınaqlar və icma xüsusiyyətlərinə tam giriş əldə edirsən.
Əsas materiallar və icma funksiyaları pulsuzdur. Bəzi premium məzmun üçün abunəlik
seçimləri mövcuddur. Pulsuz plan ilə çox böyük bir məzmun kitabxanasına çıxış var.
Hazırda aşağıdakı fənlər üzrə materiallar mövcuddur:
- Riyaziyyat
- İnformatika
- Fizika
- Kimya
- Biologiya
Bəli, platforma tam responsivdir. Mobil telefon, planşet və kompüterdən rahat istifadə
edə bilərsən. Mobil tətbiq üzərindəki işlər davam edir.
Olimpiadalar
4 sual
RFO (Respublika Fənn Olimpiadası) — Azərbaycan Təhsil Nazirliyinin hər il keçirdiyi
ümumrespublika müsabiqəsidir. Qeydiyyat məktəb müdiri vasitəsilə aparılır. Xəbərlər
bölməmizdən son elanları izləyə bilərsən.
Olimpiadalar adətən üç mərhələdən ibarətdir:
- Məktəb (I) mərhələsi
- Rayon/şəhər (II) mərhələsi
- Respublika (III) mərhələsi
Bəli. Sınaq testlərimiz keçmiş olimpiada sualları və oxşar çətinlik səviyyəsindəki
tapşırıqlardan ibarətdir. Hər test üçün ətraflı həll izahları da mövcuddur.
Olimpiada nəticələri rəsmi olaraq Təhsil Nazirliyinin saytında və bizdəki Xəbərlər bölməsində elan olunur. Bildirişlər üçün
hesabına daxil olaraq abunəliyini aktivləşdir.
Hesab
4 sual
Sağ yuxarıdakı "Sign up" düyməsinə basaraq email ünvanın və şifrə ilə qeydiyyatdan keç.
Qeydiyyat tamamilə pulsuzdur.
Giriş səhifəsindəki "Şifrəni unutdum?" bağlantısına tıklayaraq email ünvanını daxil et.
Şifrə sıfırlama linki emailinə göndəriləcək.
Bəli. Hesabına daxil olduqdan sonra profil parametrlərindən ad, soyad, sinif və digər
məlumatlarını istənilən vaxt yeniləyə bilərsən.
Bəli. Profil parametrlərinin aşağısındakı "Hesabı sil" seçimindən bu əməliyyatı həyata
keçirə bilərsən. Silinmiş hesablar bərpa edilə bilməz.
Materiallar
3 sual
Bəzi materiallar PDF formatında endirilə bilər. Premium abunəçilər bütün materialları
offline istifadə üçün endirə bilir.
Materiallar her olimpiada mövsümündə yenilənir. Yeni məzmun əlavə olunduqda hesabındakı
bildirişlər bölməsindən xəbərdar olacaqsan.
Əlbəttə! Bizimlə əlaqə forması vasitəsilə material tövsiyəsi göndərə
bilərsən. Yaxşı tövsiyələr komandamız tərəfindən nəzərdən keçiriləcək.
Ödəniş
3 sual
Visa, Mastercard, Kapital Bank kartları və PayPal vasitəsilə ödəniş edə bilərsən. Yaxın
vaxtda bank köçürməsi seçimi də əlavə ediləcək.
Bəli, abunəliyi istənilən vaxt ləğv edə bilərsən. Ləğvetmə ödənilmiş dövrün sonunda
qüvvəyə minir; qalan müddətin pulu iade edilmir.
Hər ödənişdən sonra avtomatik olaraq email ünvanına faktura göndərilir. Köhnə fakturalar
hesabının "Ödənişlər" bölməsindən yüklənə bilər.
Axtarışa uyğun sual tapılmadı.