Olimpdestek Olimpiadaçılara Dəstək
Olimpiadaçılara Dəstək

Bir addım bizimlə
Hər zirvə səninlə!

Icmanın gücü onun arxasında dayanan insanlardan gəlir. Hazırda icmamızda Respublika Fənn Olimpiadalarının və beynəlxalq olimpiadaların qalibləri, həmçinin Azərbaycan beynəlxalq olimpiada komandalarını illərlə hazırlamış təcrübəli müəllimlər yer alır.

Bizi izləyin
Olimpiada hazırlığı
BİZ KİMİK?

Gələcəyi Birlikdə Qururuq

2021-ci il 7 fevraldan fəaliyyət göstərən təşəbbüsümüzün məqsədi sadədir: Azərbaycanlı şagirdlərin olimpiada sahəsində uğur qazanmasına şərait yaratmaq.

Biz elmi hazırlıqla yanaşı, şagirdlərin psixoloji və sosial dəstəyə də ehtiyac duyduğunu bilirik — buna görə də onların yanlarında dayanan, motivasiya verən və hər zaman dəstək olan bir icma qurduq.

Siz də icmanın bir parçası olun və birlikdə inkişaf edək!

Namiq Hətəmov

Namiq Hətəmov

Sədr

Missiyamız

Olimpiada hazırlığında olan şagirdləri potensialını maksimum səviyyədə reallaşdırmalarına və keyfiyyətli resurslara bərabər çıxışını təmin etməkdir.

Vizyonumuz

Hər bir istedadlı şagirdin bərabər imkanlarla olimpiada yolunda inkişafını təmin edən respublika səviyyəli bir icma yaratmaq

Dəyərlərimiz

Könüllülük, məsuliyyət və şəffaflıq prinsiplərinə əsaslanır; icmamız paylaşmaq və dəstək üzərində qurulmuş, fəaliyyətimiz isə açıq və etibarlı şəkildə həyata keçirilir.

Yanaşmamız

Biz olimpiadaçıları biliklə yanaşı motivasiya, düzgün strategiya və real təcrübə ilə də dəstəkləyən, şagirdlərin ehtiyaclarına çevik cavab verən bir icmayıq.

İdarə Həyəti

Peşəkar heyətimizi daha yaxından tanıyın.

Namiq Hətəmov

Namiq Hətəmov

Sədr

Xəzər Universiteti, Coğrafiya fənni üzrə RFO Qalibi : 2021 Qızıl və 2023 Bürünc. 2022 Avropa Coğrafiya Olimpiadası (EGEO) Honorable.

Elcan Əsədli

Elcan Əsədli

Sədr Müavini

"Əlaçı", "Breyn-Rinq", "Xəmsə" yarışlarının qalibi. "Ən yaxşı təqdimat", "Zəkaların Mübarizəsi", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarının üç qat ölkə qalibi.

Leyla Ağayeva

Leyla Ağayeva

Baş Koordinator

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Tarix fənni üzrə RFO Qalibi : 2023 Qızıl, 2024 Qızıl və 2025 Gümüş.

Rəvan Əlipaşayev

Rəvan Əlipaşayev

Media üzrə Mütəxəssis

Azərbaycan-Fransız Universiteti (UFAZ), AzTV — Sənədli Film Dron Operatoru, "Sabahın Alimləri", "Teknofest", "V Dünya Robot Olimpiadası" Qalibi.

Sultan Əsədli

Sultan Əsədli

Layihələr üzrə Menecer

Bakı Dövlət Universiteti, 10-dan çox düşərgədə iştirak etmiş, 4 düşərgədə isə staff vəzifəsində çalışmışdır.

Arif Həsənov

Arif Həsənov

Tərəfdaş qurumlarla iş üzrə Menecer

Bolonya Universiteti, Coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadaları qalibi: RFO - 2021 Qızıl, 2022 Gümüş və 2023 Gümüş.

Yusif Vəliyev

Yusif Vəliyev

Sosial Media Menecer

Lagosta Academy Təsisçisi, Olimpiada Mentoru. Biologiya fənni üzrə RFO Qalibi: 2025 Bürünc, 2024 Gümüş, 2023 Gümüş, 2022 Bürünc.

Lamin Məmmədli

Lamin Məmmədli

Koordinator

ADA Universiteti, Coğrafiya fənni üzrə RFO Qalibi: 2023 Gümüş, 2024 Gümüş və 2025 “Birincilərin Birincisi” Qızıl.